AZ

Hindistanlı səyyah: Azərbaycanda çox yaxşı dostlar qazanmışam

Bakı, 25 mart, AZƏRTAC

Mən Azərbaycana bundan əvvəl üç dəfə gəlmişəm və burada çox yaxşı dostlar qazanmışam. Mənim kimi səyahəti sevən insanlarla tanış olmaq çox xoşdur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “NomadMania” klubunun illik toplantısında iştirak edən dünyaca məşhur hindistanlı səyyah Arvinder Bahal bildirib.

Belə toplantıda iştirak etməyin vacibliyini diqqətə çatdıran səyyah deyib: “Bu cür tədbirlər digər səfərlərdən fərqli olaraq daha dərin təcrübə qazanmaq və yeni məkanlar haqqında məlumat əldə etmək baxımından olduqca əhəmiyyətlidir. Digər səyahətçilərlə ünsiyyət qurduqca, onların getdiyi yerlər haqqında da məlumat almaq imkanı yaranır”.

O, burada müxtəlif ölkələrin tarixi haqqında məlumat əldə etdiyini vurğulayaraq bildirib: “Məsələn, Kosovo ilə bağlı təqdimatda çox şey öyrəndim, çünki əvvəllər bu barədə məlumatım yox idi. Əvvəllər buraya gələndə, sadəcə vaxtımı xoş keçirmişdim – dostlarla görüşmüş, dəniz kənarına getmişdim. Amma bu dəfə səfərim daha çox öyrədici xarakter daşıyır. Düzdür, mən dünyanın bütün ölkələrində olmuşam, amma hər şeyi görmək mümkün deyil. Azərbaycana üç dəfə gəlməyimə baxmayaraq, bu, ölkənin tarixini daha yaxından öyrəndiyim ilk səfərdir”.

Seçilən
26
3
azertag.az

4Mənbələr