AZ

İsfahanda mülki obyekt hədəfə alındı DƏHŞƏTLİ GÖRÜNTÜLƏR KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

İran mənbələrinin verdiyi məlumata görə, İsrailin hava zərbələri şəhər mərkəzində yerləşən, mağazaların, çörəkxanaların və mülki şəxslərin sıx olduğu bazara düşüb. Paylaşılan kadrlarda dağıntılar altında qalmış çörək və balıq məhsulları, habelə ciddi ziyan görmüş ticarət obyektləri əks olunub.

KONKRET.az xəbər verir ki, zərbənin endirildiyi vaxt insanların bazarda gündəlik alış-verişlə məşğul olduğu bildirilir. Hadisə yerindən çəkilən görüntülərdə xilasedicilərin dağıntılar altında axtarış apardığı görünür.

Hazırda ölənlər və yaralananların dəqiq sayı barədə rəsmi məlumat verilməyib. Lakin hadisənin mülki infrastrukturun tam mərkəzində baş verməsi itkilərin ola biləcəyi ehtimalını artırır.

Natiq Səlim,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
1
konkret.az

2Mənbələr