AZ

Ekspert: İran müharibəni uduzmur, əksinə daha da güclənib...

ABŞ zərbələri gözlənilən nəticəni vermir, eskalasiya Tehranın xeyrinə işləyir...

Poliqon xəbər verir ki, ABŞ-nin Çikaqo Universiteti-nin professoru və hərbi aviasiya üzrə ekspert Robert Pape İranın mövcud qarşıdurmada zəifləmədiyini, əksinə əvvəlkindən daha güclü mövqedə olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ hərbçiləri taktiki baxımdan effektiv fəaliyyət göstərsə də, bu, strateji nəticələr baxımından İranın mövqelərini sarsıtmayıb.

Peyp qeyd edib ki, ABŞ-nin yüksək dəqiqlikli və güclü hava zərbələri İran cəmiyyətində qorxu ilə yanaşı qəzəb də yaradır və bu emosiyalar nəticə etibarilə əks-təsirə, yəni cavab reaksiyasına çevrilir. Onun fikrincə, eskalasiyanın artması paradoksal olaraq Tehranın mövqeyini gücləndirir və daxili birliyi möhkəmləndirir.

Ekspert vurğulayıb ki, son 100 ildə yalnız hava qüvvələrinin tətbiqi ilə, quru əməliyyatları olmadan heç bir rejim devrilməyib. Hətta daxili etiraz hərəkatları ilə koordinasiya belə bu cür nəticə verməyib. Bu baxımdan, yalnız bombardman strategiyası ilə İran hakimiyyətinə təsir göstərmək mümkün görünmür.

Peypin sözlərinə görə, xarici hücumlar İran daxilində mövcud narazılıqları zəiflətmək əvəzinə, onları “milli həmrəylik siyasətinə” çevirir. Nəticədə əhali ABŞ-ni dəstək verən qüvvə kimi deyil, xarici təzyiq göstərən aktor kimi qəbul edir.

Analitik həmçinin bildirib ki, İran rəhbərliyi “başsızlaşdırma” tipli zərbələrə əvvəlcədən hazırlaşıb. Onun fikrincə, yüksək vəzifəli şəxslərin, o cümlədən Əli Laricani kimi fiqurların aradan götürülməsi idarəetmə sistemini iflic etmir, çünki struktur mərkəzləşdirilməmiş və “mozaik” prinsip üzrə qurulub.

Bundan əlavə, ekspert qeyd edir ki, İranın Hörmüz boğazı üzərində nəzarəti gücləndirməsi ona qlobal enerji bazarlarına təsir etmək üçün ciddi maliyyə və siyasi rıçaqlar qazandırır. Bu isə dünya neft qiymətlərinə birbaşa təsir imkanlarını artırır.

Peyp hesab edir ki, Donald Trump üçün hazırkı mərhələdə ən optimal yanaşma itkiləri minimuma endirməkdir. Onun fikrincə, əgər ABŞ administrasiyası eskalasiyanın növbəti mərhələsinə keçərək hətta məhdud quru əməliyyatlarına başlasa, bu, daha ağır nəticələrə səbəb ola bilər. Ekspert xəbərdarlıq edib ki, belə bir ssenaridə geri çəkilmə və ya İranla razılaşma cəhdi siyasi baxımdan ciddi risklər yarada və Trampı Lindon Conson-ın Vyetnam müharibəsi dövründə düşdüyü vəziyyətə sala bilər.

Poliqon.info

Seçilən
37
poliqon.info

1Mənbələr