AZ

Arbeloa qələbədən sonra oyunçularını belə mükafatlandırır

style='margin-bottom:10px;'>

"Real"ın baş məşqçisi Alvaro Arbeloa komandada müsbət ab-hava yaratmaq üçün maraqlı və fərqli üsul tətbiq etməyə başlayıb.

QOL.az xəbər verir ki, “The Touchline” nəşrinin məlumatına görə, 43 yaşlı mütəxəssis qələbədən sonrakı səhər futbolçularına şəxsən səhər yeməyi paylayır.

Arbeloa oyunçulara yaxınlaşaraq müxtəlif şirniyyatlar təqdim edir. Çempionlar Liqasında “Mançester Siti” üzərindəki son qələbədən sonra komandaya kruassan payladığı bildirilir.

Bu addımın kollektivdə birliyi gücləndirmək və motivasiyanı artırmaq məqsədi daşıdığı qeyd olunur.

Qeyd edək ki, “Real” 1/8 finalda “Mançester Siti”ni hər iki oyunda məğlub edib və növbəti mərhələdə “Bavariya” ilə üz-üzə gələcək.

Seçilən
21
1
teleqraf.com

2Mənbələr