AZ

Quterreş münaqişənin əsas tərəflərinə ciddi mesajlar ünvanladı

Sherg.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Yaxın Şərqdəki müharibə nəzarətdən çıxıb və həddindən artıq irəliləyib. Dünya daha geniş bir münaqişə, artan insan əzabları və qlobal iqtisadi şok təhlükəsi ilə üzləşib".

Teleqraf xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.

Baş katib münaqişənin əsas tərəflərinə ayrıca mesajlar ünvanlayıb. O, ABŞ və İsraili müharibəyə dərhal son qoymağa, İranı münaqişə tərəfi olmayan qonşu ölkələrə hücumları dayandırmağa çağırıb və Livanda hərbi əməliyyatlara son qoymağı tələb edib.

O xüsusilə qeyd edib ki, Hörmüz boğazının bağlanması qlobal əkin mövsümünün kritik bir vaxtında neft, qaz və gübrə tədarükünə ciddi zərbə vurur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
2
sherg.az

3Mənbələr