AZ

Gənc qadın körpüdən yıxılıbVİDEO

Mingəçevir sakini olan gənc qadın Gəncədə, Nizami məqbərəsinin yaxınlığında körpüdən yıxılaraq ağır xəsarətlər alıb.

Xezerxeber.az-ın məlumatına görə, 24 yaşlı Zinyət Əşrəfovanın yaralanması ilə nəticələnən hadisəyə ehtiyatsızlığın səbəb olduğu ehtimal edilir.

Yaralı qadın yaxınlıqdakı şəxslərin köməyi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində Abbas Səhhət adına Xəstəxanaya çatdırılıb, ona zəruri tibbi yardım göstərilib.

Hadisənin səbəbləri ilə əlaqədar araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
29
xezerxeber.az

1Mənbələr