AZ

Hari Mitsidis: Qarabağda aparılan tikinti və bərpa işlərini görmək həqiqətən təsirlidir

Bakı, 25 mart, AZƏRTAC

Bakıya yeddi dəfə səfər etmişəm. İlk dəfə 2002-ci ildə gəlmişdim və ovaxtkı Bakı indiki ilə müqayisədə xeyli fərqli idi. Son beş ildə isə Qarabağ səfərləri ilə bağlı şəhərə daha tez-tez gəlmişəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “NomadMania” klubunun təsisçisi və rəhbəri Hari Mitsidis deyib.

Qarabağa üç dəfə səfər etdiyini diqqətə çatdıran səyyah bildirib: “Sabah yenidən gedəcəyəm və bu, dördüncü səfərim olacaq. İlk dəfə getdiyimiz dövrlə müqayisədə, yəni hər yerin xarabalıq vəziyyətində olduğu vaxtla, hazırda aparılan tikinti və bərpa işlərini görmək həqiqətən təsirlidir. Sonuncu səfərimizdə Füzulidə insanların yenidən məskunlaşdırılması üçün çoxsaylı binaların inşa edildiyini gördük. Yol şəbəkəsi isə diqqətimi xüsusilə çəkmişdi”.

Seçilən
41
3
azertag.az

4Mənbələr