"Liverpul" rəhbərliyi cari mövsümdəki çətinliklərə baxmayaraq baş məşqçi Arne Slotla yolları ayırmamaq qərarına gəlib.
QOL.az xəbər verir ki, “The Independent”ın məlumatına görə, niderlandlı mütəxəssis yayda komandada qalacaq.
Klub rəhbərliyi mövsümün uğursuz keçməsini baş məşqçidən asılı olmayan səbəblərlə əlaqələndirir. Xüsusilə aparıcı futbolçuların zədələri və Diogo Jotanın vəfatının komandaya ciddi təsir etdiyi vurğulanır.
Bu səbəbdən rəhbərlik Slota etimad göstərməkdə davam edir.
Qeyd edək ki, “Liverpul” Premyer Liqada 49 xalla 5-ci yerdədir və eyni zamanda Çempionlar Liqasının 1/4 finalında mübarizəni davam etdirir.