AZ

"Mançester Yunayted" Fermin Lopes üçün rekord məbləğdən keçməyə hazırdır

İngiltərənin "Mançester Yunayted" klubu "Barselona"nın gənc ulduzu Fermin Lopesi heyətinə qatmaq üçün hərəkətə keçib.

Fanat.Az xəbər verir ki, "El Chiringuito" proqramının məlumatına görə, "qırmızı şeytanlar" ispaniyalı yarımmüdafiəçi üçün 100 milyon avro (86.5 milyon funt-sterlinq) ödəməyə hazırdır.

İngiltərə təmsilçisinin rəhbərliyi 21 yaşlı futbolçunun parlaq gələcəyinə və komandanın oyununa böyük töhfə verəcəyinə tam əmindir.

Lakin gənc futbolçunun özü hazırda "Kamp Nou"dan ayrılmağa meylli deyil və karyerasını "Barselona"da davam etdirmək istəyir.

Kataloniya klubu da Fermini komandanın gələcək layihələrinin əsas simalarından biri kimi görür.

Buna baxmayaraq, "Mançester Yunayted"in təklif etdiyi yüksək məbləğin danışıqların gedişatına təsir edə biləcəyi istisna olunmur.

Seçilən
8
fanat.az

1Mənbələr