AZ

Voleybol hakimləri üçün seminar keçirilib

ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Voleybol Federasiyasının (AVF) Hakimlər Komissiyasının tədbirlər proqramına uyğun olaraq, yeni hakimlər üçün təşkil olunan üçmərhələli seminarın son mərhələsi martın 24-də keçirilib. Sport24.az xəbər verir ki, GİN-in Voleybol Mərkəzində təşkil olunan seminarda 23 nəfər iştirak edib.

İlk iki mərhələdə olduğu kimi, sonuncu mərhələ də AVF Hakimlər Komissiyasının sədri, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov və sədr müavini, beynəlxalq dərəcəli hakim Zaur Hacıyev tərəfindən keçirilib. Beynəlxalq dərəcəli hakimlər öz təcrübələrini iştirakçılarla bölüşüblər.

Seminarın bu mərhələsində voleybol qaydalarının incəlikləri iştirakçılara ətraflı şəkildə izah olunub, onları maraqlandıran suallar cavablandırılıb. Eyni zamanda növbəti test imtahanı keçirilib.

Nəticələrə əsasən iştirakçılar yeniyetmələr arasında keçirilən Azərbaycan birinciliyinin pley-off mərhələsinin oyunlarına təyinat alacaqlar.

Qeyd edək ki, belə seminarların keçirilməsində əsas məqsəd hər il yeni hakimlərin hazırlanması və mövcud kadrların peşəkarlıq səviyyəsinin artırılmasıdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
sport24.az

1Mənbələr