"Liverpul"un ulduz hücumçusu Məhəmməd Salah karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
QOL.az xəbər verir ki, "Mirror Football" nəşrinin yaydığı məlumata görə, Kriştiano Ronaldonun da çıxış etdiyi "Əl-Nəsr" klubu misirli futbolçunu heyətinə qatmaqda maraq göstərir. Səudiyyə təmsilçisi Salahın hazırkı məvacibini üç dəfə artırmağa hazırdır. Bu isə oyunçunun həftəlik gəlirinin 1,4 milyon avroya çatması deməkdir. Planlara əsasən, təcrübəli forvard həm də Səudiyyə Pro Liqasının yeni siması olmalıdır.
Xatırladaq ki, martın 24-də Salah mövsümün sonunda "Liverpul"dan azad agent statusu ilə ayrılacağını rəsmən bəyan edib.
Qeyd edək ki, Məhəmməd Salah cari mövsümdə "qırmızılar"ın heyətində bütün turnirlər daxil olmaqla 34 matçda meydana çıxıb, 10 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.