AZ

İranda ABŞ-nin raket potensialı ilə bağlı iddiaları təkzib edilib » AzadMedia.az

İranda


İran hökuməti ABŞ prezidenti Donald Trump tərəfindən ölkənin raket potensialının və nüvə proqramının məhv edilməsi ilə bağlı səsləndirilən iddiaları təkzib edib.

Bu barədə İran hökuməti yanında İnformasiya Şurasının rəhbəri Elyas Hazrati açıqlama verib.

Onun sözlərinə görə, ABŞ liderinin bəyanatları həqiqətə uyğun deyil və ziddiyyətlidir:

“Onun bəyanatları yalan, aldadıcı və ziddiyyətli idi və bu, artıq bütün dünyaya aydındır. İranın raket potensialının məhv edilməsi ilə bağlı deyilənlərin heç biri reallığı əks etdirmir.”

Hazrati bildirib ki, Donald Trump dəfələrlə İranın raket və dinc nüvə potensialının tamamilə məhv edildiyini iddia etsə də, faktiki vəziyyət bunun əksini göstərir:

“O deyirdi ki, İranın bütün raketləri və nüvə potensialı məhv edilib, raket bazaları qalmayıb. Halbuki, hər gecə yüzlərlə raket İsrailə və bölgədəki ABŞ bazalarına doğru buraxılırdı.”

Hazrati əlavə edib ki, qarşı tərəf İranı bir neçə raket və ya pilotsuz uçuş aparatları ilə təslim olmağa məcbur edə biləcəyini düşünürdü, lakin bunun baş vermədiyini vurğulayıb:

“Düşmən elə hesab edirdi ki, hər şey bir-iki gecəyə başa çatacaq. Amma İran xalqı daha da güclənir və beynəlxalq arenada mövqeyini möhkəmləndirir.”

Seçilən
72
1
azadmedia.az

2Mənbələr