AZ

Azərbaycanın parataekvondo millisi beynəlxalq turnirdə mübarizə aparacaq

Azərbaycanın parataekvondo üzrə millisi Türkiyə Açıq Beynəlxalq Turnirində çıxış edəcək.

90deqiqe.Az xəbər verir ki, yarış martın 25-də Antalyada start götürəcək. Komandamız K44 kateqoriyasında 6 idmançı ilə təmsil olunacaq.

Kişilərin yarışında Sabir Zeynalov (58 kq), Amin Əliyev və Amin Şıxalıyev (hər ikisi 63 kq), İmaməddin Xəlilov (70 kq), Orxan Cəfərov (80 kq) mübarizə aparacaq. Qadınların mübarizəsində isə Səmayə Həsənova (47 kq) iştirak edəcək.

Turnir Los-Anceles-2028 Yay Paralimpiya Oyunları üçün reytinq xarakteri daşıyır. Yığmaya baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərov rəhbərlik edəcək.

Seçilən
6
5
90deqiqe.az

7Mənbələr