AZ

Mikael Forrest: Kanaklar müstəqillik uğrunda siyasi mübarizəni davam etdirəcəklər

Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi (FLNKS) Fransa hakimiyyətindən kanak xalqının müstəqillik hüququna riayət olunmasına nail olmağa çalışacaq.

"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycanın "AnewZ" telekanalına müsahibəsində FLNKS üzvü Mikael Forrest (Mickael Forrest) bildirib.

"Son FLNKS konqresində qərara alınıb ki, Fransanın siyasi liderlərinə ayrı-seçkilik prosesi dayandırmaq, konsensus etmək və Kanak xalqının öz müqəddəratını təyinetmə hüququnun təmin olunması məqsədilə həll yolları axtarışında real dialoqa qayıtmaq üçün müraciət edilsin", - Forrest deyib.

Onun sözlərinə görə, FLNKS Parisin "Fransa Respublikası tərkibində suverenlik formasını" nəzərdə tutan Yeni Kaledoniyanın statusuna yenidən baxılması planına qarşı çıxır. Bununla yanaşı o qeyd edib ki, Fransa hakimiyyətinin bu planı Numea sazişinə uyğun gəlmir.

"Hazırda dünyada, xüsusən də Sakit okean regionunda çoxlu geosiyasi dəyişikliklər baş verir. Hesab edirik ki, bu, kanakların siyasi dinamikanı, əsasən də suverenliyə olan siyasi hədəfimizi qoruyub saxlaması üçün gözəl imkandır. Bundan əlavə, bu həftə bizdə, Yeni Kaledoniyada bələdiyyə seçkilərinin ikinci turu keçirildi və kanaklar Parisə lazımi siyasi siqnal göndərmək üçün mühüm nəticələr əldə etdilər. Beləliklə, biz işləməyə davam edirik, çünki kanak xalqı üçün suverenlik istiqamətindəki siyasi dinamikamızı dəstəkləmək vacibdir", - o qeyd edib.

Mikael Forrest: Kanaklar müstəqillik uğrunda siyasi mübarizəni davam etdirəcəklər
Seçilən
16
2
far.az

3Mənbələr