AZ

Makron Pezeşkianla danışdı

Fransa Prezidenti Emmanuel Makronla İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Emmanuel Makron X səhifəsində məlumat yayıb.

"Məsud Pezeşkianla söhbət zamanı region ölkələrinə qarşı qəbuledilməz hücumların dayandırılmasının, enerji və mülki infrastrukturun qorunmasının, həmçinin Hörmuz boğazı vasitəsilə gəmiçiliyin bərpasının mütləq zəruriliyini vurğuladım", - Makron bildirib.

Makron həmçinin İranı Fransa vətəndaşları Sesil Koler və Jak Parisin dərhal ölkəyə qaytarılmasına yardım etməyə çağırıb.

Milli.Az

Seçilən
29
milli.az

1Mənbələr