AZ

İtaliya nəhəngi Barış Alper Yılmazın transferində israrlıdır

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İtaliyanın "Napoli" klubu "Qalatasaray"ın və Türkiyə milli komandasının futbolçusu Barış Alper Yılmazı heyətinə qatmaq istəyir.

Fanat.Az xəbər verir ki, Neapol təmsilçisi 23 yaşlı vingerin çıxışını yaxından izləyir və rəsmi təklif hazırlamağı planlaşdırır.

Məlumata görə, italyanlar futbolçunu transfer prioritetlərindən biri hesab edirlər.

Barış Alper Yılmaz bu mövsüm "Qalatasaray" formasıyla bütün turnirlərdə 41 matça çıxıb, 10 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun klubla müqaviləsi 2027-ci ilə qədərdir, lakin cazibədar təklif gələrsə, "Qalatasaray" rəhbərliyi transferi müzakirə etməyə hazırdır.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
1
fanat.az

2Mənbələr