AZ

Britaniyalı səyyah: Qarabağ hələ tam kəşf olunmamış bir ərazidir

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 25 mart, AZƏRTAC

İnanırıq ki, səyahət ən yaxşı təhsildir. Məhz buna görə də biz dəfələrlə Azərbaycana - Qarabağ bölgəsinə təşkil olunan bu ekspedisiyalara qoşuluruq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “NomadMania” klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harry Mitsidis martın 25-də keçirilən toplantıda deyib.

Bölgənin təhlükəsizlik səbəbilə son illərdə qapalı olduğunu qeyd edən səyyah Qarabağı “hələ tam kəşf olunmamış bir ərazi” adlandırıb.

“Biz adətən təbiət və relyef baxımından çətin bölgələrə maraq göstəririk. Çünki belə yerlər bizi sınağa çəkir. Hesab edirik ki, belə yerləri görmək çox dəyərlidir", - deyə Harry Mitsidis əlavə edib.

Fotoqraf - Səfiyar Məcnun

Videooperator - İlham Nadirov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
azertag.az

1Mənbələr