AZ

Paşinyan: Bunu ermənilər üçün Stalin hazırlamışdı

BAKI, 25 mart. TELEQRAF

“Ermənistanda indiyədək mövcud olan “vətənpərvərlik modeli” SSRİ və İosif Stalin tərəfindən formalaşdırılıb”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan deyib.

“2021-ci ildə “vətənpərvərlik modeli” barədə danışmaq fürsətim olmuşdu. Bizim Sovet İttifaqında, İkinci Dünya müharibəsindən sonra və əsasən Üçüncü Respublikada yaşadığımız “vətənpərvərlik modeli” Stalin tərəfindən yaradılıb. Bunun bizimlə heç bir əlaqəsi yoxdur,” - baş nazir qeyd edib.

Paşinyanın sözlərinə görə, Ermənistan öz kimliyinə qayıdır və bu kimlik dövlətlə bağlıdır:

“Biz Stalin dövrünün “vətənpərvərlik modeli”ndən imtina edirik. Bizim kimliyimiz bizim dövlətimizdir”.

Seçilən
25
1
teleqraf.com

7Mənbələr