AZ

Yaroslavlda Novruz sevinci

Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Yaroslavl şəhərində fəaliyyət göstərən Azərbaycan Qadınlar Birliyi Novruz bayramını milli ənənələrə uyğun və zəngin proqramla qeyd edib.

Hafta.az xəbər verir ki, bayram şənliyi Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb, daha sonra milli musiqi, rəqs və ənənəvi oyunlarla davam edib.

Tədbirin təşkilatçısı, Yaroslavl Vilayəti Hökuməti yanında Millətlərarası Münasibətlər üzrə Koordinasiya Şurasının üzvü, Azərbaycan Qadınlar Birliyinin sədri Xatirə Qəmbərova çıxış edərək Novruz bayramının tarixi, adət-ənənələri və onun barış, birlik və bərabərlik kimi dəyərləri təcəssüm etdirdiyini vurğulayıb. O, milli bayramların ölkə hüdudlarından kənarda qeyd olunmasının və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən danışıb.

Tədbir çərçivəsində iştirakçılar tərəfindən Azərbaycanın görkəmli şairi Məhəmməd Hüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasından parçalar səsləndirilib, Keçəl və Kosa obrazlarının iştirakı ilə təqdimatlar edilib. Uşaqlar ana dilində Vətən və Novruz mövzusunda şeirlər söyləyib.

Şənlikdə ən gözəl Novruz xonçası və ən gözəl səməni üzrə müsabiqələr də təşkil olunub.

Seçilən
1
2
hafta.az

3Mənbələr