AZ

Harry: Qarabağı ziyarət etməyə dəyər

"Qarabağı ziyarət etməyə dəyər".

APA xəbər verir ki, bunu beynəlxalq səyyahlar platforması olan “NomadMania” klubunun təsisçisi və rəhbəri Harry Mitsidis təşkilatının Bakıda keçirilən illik toplantısında etdiyi çıxışında deyib.

"Qarabağ uzun müddət ərzində az öyrənilmiş region olaraq qalır. Son illərdə isə əsasən təhlükəsizlik səbəblərinə görə qapalı olub. Bizim üzvlərin təbiəti bizi təhlükəli bölgələrə cəlb edir, çünki onlar müəyyən çağırışlar yaradır və biz hesab edirik ki, belə yerləri ziyarət etməyə dəyər", - o vurğulayıb.

Qarabağın tarixi, birinci və ikinci Qarabağ müharibəsi, Ermənistanın iğalı dövründə şəhər və kəndlərin dağıdılması, Xocalı soyqırımı, yüz minlərlə azərbaycanlının köçkün düşməsi haqqında ətraflı məlumat verən Mitsidis bildirib ki, onkarın Qarabağa səfəri zamanı dağılmış və yenidən bərpa olunan şəhərləri öz gözləri ilə görə biləcəklər.

O, iştirakçılara sabah başlayacaq “Şuşa 2026” adlı ekspedisiya layihəsi barədə danışıb.

Bildirilib ki, layihə çərçivəsində xarici səyyahlar qrupunun Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri planlaşdırılır. Ekspedisiya iştirakçıları Ağdam, Şuşa, Xankəndi, və Laçın şəhərlərinə səfər edərək bölgənin tarixi, mədəni irsi və bərpa prosesləri ilə yaxından tanış olacaqlar.

Tədbirin məqsədi Azərbaycanın turizm potensialını beynəlxalq səviyyədə tanıtmaq, həmçinin Qarabağ bölgəsinə marağı artırmaqdır.

Qeyd edək ki, 2012-ci ildə yaradılan “NomadMania” platforması dünya xəritəsini 1301 regiona bölərək səyahətçilər üçün xüsusi reytinq sistemi formalaşdırıb. Hazırda platformanın 55 mindən çox üzvü var və bu, onu qlobal səyyah icmaları arasında ən fəal şəbəkələrdən birinə çevirir.

Harry: Harry: Harry: Harry: Harry:
Seçilən
35
5
apa.az

6Mənbələr