AZ

Kiyev Rusiya neftinin tranzitini bərpa edəcəkmi?

Yazını böyüt
Yazını kiçilt

Budapeşt "Drujba" boru kəməri vasitəsilə Rusiya neftinin tranziti bərpa olunana qədər Kiyevə qaz verilməsini dayandırmaq qərarına gəlib. Müvafiq qərar Nazirlər Kabinetinin növbəti iclası zamanı qəbul olunub.

Hafta.az xəbər verir ki, bu barədə məlumatı Macarıstanın Baş naziri Viktor Orban açıqlayıb.

"Kiyev neft tranzitini təmin etməyincə Macarıstandan qaz idxal edə bilməyəcək. Biz ölkəmizin enerji təhlükəsizliyini təmin edərək, daxili bazarda yanacağın qiymətini sabit saxlayacaq və qaz tariflərinə tətbiq edilən güzəştləri qoruyacağıq", - deyə hökumət rəhbəri yerli televiziya kanallarında yayımlanan videomüraciəti zamanı bildirib./TASS/

Seçilən
15
1
hafta.az

2Mənbələr