AZ

Kəmalə Əsgərova AÇ-yə təyinat aldı

Avropa Voleybol Konfederasiyası (CEV) azərbaycanlı hakim Kənalə Əsgərovaya etimad göstərib.

Fanat.Az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, o, voleybol üzrə 18 yaşadək oğlanlar arasında keçirilən Avropa çempionatının oyunlarını idarə edəcək.

Təcrübəli hakim turnirin ikinci təsnifat mərhələsinin C qrupunun görüşlərində ədaləti qoruyacaq.

Qeyd edək ki, martın 26–dan 28-dək Serbiyada təşkil olunacaq yarışda ev sahibi ilə yanaşı, Avstriya, Çexiya və Slovakiya yığmaları mübarizə aparacaqlar.

Seçilən
24
1
fanat.az

2Mənbələr