AZ

Rütte Avropanı Trampın İran müharibəsini dəstəkləməsi ilə narazı salıb

ain.az bildirir, Bizimyol portalına istinadən.

NATO-nun baş katibi Mark Rütte ABŞ prezidenti Donald Trampın İranla müharibəsini şərtsiz dəstəkləməsi ilə Avropa liderlərini narazı salıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "Financial Times" məlumat verib.

Diplomatik mənbələr bildirir ki, Rüttenin Avropa müttəfiqlərinin Hörmüz boğazında ABŞ hərbi gəmilərinə qoşulması çağırışına “birgə reaksiya verəcəklər” təklifi bir sıra Avropa paytaxtlarında əsəb gərginliyinə səbəb olub və NATO daxilində ABŞ-a nə qədər dəstək verilə biləcəyi məsələsində fikir ayrılıqlarını artırıb.

“Bu bizi həqiqətən çətin vəziyyətə qoyur. Biz hazır olduğumuzu göstərmək istəyirik, amma konfliktə müdaxilə edə bilməyəcəyimizi də bilirik”, - deyə Avropa diplomatı qeyd edib.

Nəşr bildirir ki, Avropanın narahatlığı Trampın İranı bombalamaq qərarını dəstəkləyən Rüttenin açıqlamaları ilə kəskin ziddiyyət təşkil edir. Rütte isə açıqlamasında bunu “bütün dünyanın təhlükəsizliyini təmin etmək” məqsədilə etdiyini bildirib.

Bununla belə, Avropa İttifaqı ölkələri Trampın Hömüz boğazında hərbi əməliyyat çağırışını birgə rədd edib. Blokun xarici işlər naziri Kaya Kallas “bu bizim müharibəmiz deyil” deyib, Almaniya, İtaliya və İspaniya nazirləri də bunu dəstəkləyib.

Eyni zamanda, bəzi Avropa paytaxtları müharibədən sonra Hömüz boğazında hərbi patrulda iştirak etməyə hazır olduqlarını bildirib. Diplomatlar vurğulayır ki, münaqişə Avropaya ciddi təsir etdiyindən, nəticələrə görə məsuliyyət onlara da aiddir.

Mediya yazır ki, bir sıra Avropa ölkələri, o cümlədən Britaniya, Almaniya, Portuqaliya, İtaliya, Fransa və Yunanıstan, ABŞ-ın İranla müharibəsində loqistik dəstəyi təmin etməklə mühüm rol oynayırlar.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
bizimyol.info

1Mənbələr