ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
“FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan - Sent Lüsiya oyunu öncəsi mətbuat konfranslarının vaxtında dəyişiklik edilib.
İdman.Biz xəbər verir ki, yeni cədvələ əsasən, martın 26-da təşkil olunacaq mətbuat konfransları və açıq məşqlər belədir:
Sent Lüsiya milli komandası:
18:15 - Mətbuat konfransı (Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu)
18:30 - İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu)
Azərbaycan milli komandası:
18:30 - Mətbuat konfransı (“Dalğa Arena”)
19:00 - İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (“Dalğa Arena”)
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.