AZ

Kolin Kazım İngiltərə klubuna baş məşqçi təyin olundu - RƏSMİ

Türkiyə millisinin sabiq futbolçusu Kolin Kazım Riçards İngiltərənin "Kroli Taun" komandasına baş məşqçi təyin edilib.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, müddəti 2025/2026 mövsümünün sonuna qədər nəzırdə tutulan müqaviləyə imza atıb.

Sözügedən mütəxəssis bunadək "Arsenal"ın gənclərdən ibarət komandasında məşqçi işləyib. Bu, 39 yaşlı çalışdırıcının baş məşqçi kimi ilk fəaliyyəti olacaq.

Kolin Kazım futbolçu karyerası ərzində "Fənərbağça", "Qalatasaray", "Feyenoord" və "Seltik" kimi klublarda oynayıb. O, Türkiyə yığmasında 37 matça çlxıb.

İngiltərənin 2-ci Liqasında mübarizə aparan "Kroli Taun" 31 xalla 21-ci sırada mövqe tutub.

Toğrul

Seçilən
1
fanat.az

1Mənbələr