AZ

İraq uçuş qadağasını daha üç gün uzadıb

ABŞ və İsrail ilə İran arasında baş verən toqquşmalar səbəbilə hava sahəsinin uçuşlara bağlayan İraq bu müddəti daha 3 gün uzadıb.

"Cebheinfo.az" xəbər verir ki, İraq Mülki Aviasiya Qurumu Yaxın Şərqdə gərginliyin davam etməsi səbəbilə hava sahəsinin daha 72 saat müddətinə uçuşlara bağlı saxlanılması barədə qərar verildiyini açıqlayıb.

Qeyd olunub ki, bu qərar 28 mart şənbə günü saat 12:00-dək qüvvədə olacaq.

Xatırladaq ki, İraq 28 fevralda ABŞ və İsrailin İrana yönəlik hücumlarını qınayaraq hava sahəsini 24 saatlıq uçuşlara bağladığını bildirmişdi. Bu müddət daha sonra bir neçə dəfə uzadılmışdı.

Seçilən
43
cebheinfo.az

1Mənbələr