AZ

Villanı itirməmək üçün bu yola əl atdılar - FOTOLAR

Rusiyanın Xalq artisti Alla Puqaçova və şoumen həyat yoldaşı Maksim Qalkin Moskva bölgəsindəki qəsrlərini qorumaq üçün hüquqları övladlarına ötürüblər.

"Cebheinfo.az" Axşam.az-a istinadən xəbər verir ki, cütlük Moskva yaxınlığındakı Qryaz kəndindəki mülklərini sata bilməyiblər.

Əmlakın itirilməsindən qorxan müğənni və şoumen başqa yola əl atmalı olub. Onlar villanı 12 yaşlı Harri və Lizanın nüfuzuna keçiriblər. 

Qeyd edək ki, 2022-ci ildə Alla Puqaçova həyat yoldaşı, şoumen Maksim Qalkin, əkizləri Liza və Harri ilə birlikdə İsrailə köçmüşdü. Daha sonra İsrail-Fələstin münaqişəsinin yenidən alovlanması səbəbindən ailə Kiprə yerləşmişdi.

Onların villasının müsadirə olunması tələb edilirdi. 

"Cebheinfo.az"

Seçilən
8
1
cebheinfo.az

2Mənbələr