AZ

Kolin Kazım baş məşqçi oldu

style='margin-bottom:10px;'>

Türkiyə millisinin sabiq üzvü Kolin Kazım Riçards baş məşqçi kimi fəaliyyət göstərəcək.

QOL.az xəbər verir ki, 39 yaşlı keçmiş yarımmüdafiəçi İngiltərənin "Krouli Taun" komandasını çalışdıracaq.

Bu barədə 2-ci liqa təmsilçinin mətbuat xidməti məlumat yayıb. Kolin Kazımla  2025/2026 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, K.Kazım-Riçards karyerası ərzində Türkiyənin "Fənərbaxça", "Qalatasaray", Niderlandın "Feyenoord" və Şotlandiyanın "Seltik" klublarında da çıxış edib. O, Türkiyə yığmasında 37 oyun keçirib. Kolin Kazim buna qədər  "Arsenal"ın gənclərdən ibarət komandasında məşqçi kimi çalışırdı.

Seçilən
28
1
teleqraf.com

2Mənbələr