AZ

“Qalatasaray“ın futbolçusu Metehan Baltacı AZADLIĞA BURAXILDI

ain.az, Moderator.az saytına istinadən bildirir.

Futbolda mərc və oyun alqı-satqısı ilə bağlı istintaq çərçivəsində dekabrın 9-da həbs olunan "Qalatasaray"ın futbolçusu Metehan Baltacı 105 gün sonra azadlığa buraxılıb.

Moderator.az xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat verib.

Bildirilib ki, bu gün keçirilən məhkəmə prosesində oyunçuya dəstək olmaq üçün bir sıra futbolçular da məhkəməyə gəlib.

Bununla yanaşı, "Qalatasaray"ın baş məşqçisi Okan Buruk, klubun ikinci prezidenti Metin Öztürk, baş katibi Eray Yazqan və vitse-prezident Abdullah Kavukcu da futbolçuya dəstək üçün məhkəmə prosesində iştirak ediblər.

Qeyd edək ki, prokuror futbolçu üçün 4 il 1 ay 15 gündən 10 il 4 ay 15 günədək həbs cəzası tələb edib. Buna baxmayaraq, məhkəmə gənc futbolçunun azad olunması barədə qərar verib. Növbəti məhkəmə prosesi iyunun 12-nə təyin edilib. 2028-ci ilə qədər "Qalatasaray"la müqaviləsi olan futbolçunun oyunlardan kənarlaşdırılma cəzası isə avqustun 7-də başa çatacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
5
moderator.az

7Mənbələr