AZ

''Barsa''nın ulduzu ''Qalatasaray''ın stadionundakı atmosferi təriflədi

''Qalatasaray'' fanatlarının doğma meydanda yaratdıqları atmosfer gündəm olmaqda davam edir.

"Football-plus.az" xəbər verir ki, Avropa arenasında İstanbul nəhənginə qarşı səfərdə oynayan istənilən kollektiv ilk növbədə stadiondakı atmosferə valeh olur.

Elə bu mövsüm ''Qalatasaray'' ''Yuventus'' və ''Liverpul''a qarşı ev oyunlarında yenə bu cəhətdən diqqət çəkmişdi. Rəqib oyunçular stadiondakı səs-küyü xüsusi qeyd etmişdilər.

Bu arada ''Barselona'' və Fransa yığmasının sağ müdafiəçisi Jul Kunde də ''sarı-qırmızılar''ın fanatlarından ağız dolusu danışıb. 27 yaşlı futbolçu sosial şəbəkədə qatıldığı bir canlı yayında bunları deyib:

''İndiyə qədər heç vaxt ''Qalatasaray''la qarşılaşmamışam. Amma komandamızda onlara qarşı oynamış bir çox futbolçu var. Onlardan eşitdiyimə görə ''Qalatasaray''ın stadionunda dəhşətli bir atmosfer olur. Hətta futbolçular öz dediklərini belə eşitməkdə çətinlik çəkirlər''.

Bu mövsüm 40 rəsmi oyunda iştirak edərək aktivinə 3 qol, 4 məhsuldar ötürmə yazan Kundenin ''Barsa'' ilə 2030-cu ilə qədər müqaviləsi var. Bu futbolçunun dəyəri təxminən 65 milyon avro civarındadı.
Seçilən
17
1
football-plus.az

2Mənbələr