AZ

ŞOK HESABAT: ABŞ və İsrail 16 gündə sursata BU QƏDƏR XƏRCLƏYİB

Dünyanın ən qədim müdafiə və təhlükəsizlik beyin mərkəzi olan "RUSI" instutunun hazırladığı yeni analiz şok faktları ortaya qoyub.

Musavat.com xəbər verir ki, məlumata görə, ABŞ və İsrail müharibənin ilk 16 günündə sursata 26 milyard dollar xərcləyiblər.

Hesabata əsasən, koalisiya qüvvələri iki həftədən bir qədər artıq müddət ərzində təxminən 26 milyard dollar dəyərində 11 294 vahid sursatdan istifadə ediblər.

Maraqlıdır ki, bu sursatların 5 mindən çoxu yalnız ilk 96 saat ərzində sərf olunub.

Müəlliflər qeyd edirlər ki, İranın kifayət qədər ucuz başa gələn PUA və raketlərini vurmaq üçün milyonlarla dollar dəyərində bahalı raketlərdən istifadə olunur.

Məsələn, koalisiya qüvvələri 25 milyon dollar dəyərində C-RAM mərmisi atdığı halda, eyni dövrdə hədəfləri zərərsizləşdirmək üçün raketlərə 19 milyard dollar xərcləyib.

RUSI institutu xəbərdarlıq edir ki, əsas təhlükə yalnız xərclərin məbləği deyil, həm də onların bərpasının çətinliyidir.

Müəlliflərin fikrincə, hazırkı 26 milyard dollarlıq sursat ehtiyatını yenidən toplamaq üçün 50 milyard dollardan çox vəsait tələb oluna bilər.

Çünki müharibə şəraitində istehsalın artırılması həm daha yavaş, həm də qat-qat baha başa gəlir.

Musavat.com

Seçilən
21
musavat.com

1Mənbələr