AZ

Mən də sizin kimi xəbərlərdə gördüm

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Xəbər verdiyimiz kimi, Türkiyədə keçirilən narkotik əməliyyatları çərçivəsində tanınmış şəxslər saxlanılıb. Adları sadalananlar arasında aktrisa Hande Erçel də var, lakin o, xaricdə olduğu üçün axtarışa verilib.Hande məsələ ilə bağlı açıqlama yayıb. O bildirib ki, təhsili ilə əlaqədar xaricdədir və xəbəri mətbuatdan öyrənib:"Təhsillə bağlı bir aya yaxındır xaricdəyəm. Dünən axşam sizin kimi mətbuatdan məlumat aldım. Mən də ölkəmi sevən, hökumətimə və türk ədalətinə inanan biriyəm. Ölkəmə qayıdıb ifadəmi verəcəyəm".Qeyd edək ki, saxlanılanlar arasında iş adamları Hakan Sabancı və Kərim Sabancı, Burak Elmas, model Didem Soydan, aktrisa-aparıcı Güzide Duran və "Beşiktaş"ın keçmiş rəhbəri Fikret Orman yer alıb.Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
demokrat.az

1Mənbələr