AZ

Türkiyədə mühəndisliyin inkişafına töhfə verən alimlər azərbaycanlı ailədir

Yazını böyüt
Yazını kiçilt

Professor Rəfail Qasımbəyli və onun həyat yoldaşı, elmlər doktoru Nərgiz Qasımbəyli uzun illərdir qardaş Türkiyənin universitetlərində dərs deyir, elmi düşüncənin inkişafına və yüksəkixtisaslı mütəxəssislər nəslinin yetişdirilməsinə mühüm töhfələr verirlər.

Hafta.az xəbər verir ki, soydaşımız AZƏRTAC-a verdiyi müsahibədə əvvəllər Eskişehir Osmanqazi Universitetinin Sənaye mühəndisliyi kafedrasında çalışdığını və 2012-ci ilin mart ayında Eskişehir Texniki Universitetinin (ESTÜ) Mühəndislik fakültəsinin Sənaye mühəndisliyi kafedrasına dəvət olunduğunu bildirib.

Professor R.Qasımbəylinin səyləri regiondan kənarda da təqdir olunub. Alimin sözlərinə görə, məhz onun fəal töhfəsi sayəsində ESTÜ qısa bir zamanda Türkiyənin ali təhsil ocaqlarının aparıcı mühəndislik fakültələri ilə deyil, həm də ABŞ, Almaniya, İspaniya, Braziliya və Avstraliyanın nüfuzlu universitetləri ilə sıx əlaqələr qurub.

“Arçelik”, TEİ, TOFAŞ, “Eczacıbaşı”, ÇİMTAŞ, “SARP Logistics” və qardaş ölkənin digər böyük şirkətlərinin rəhbərləri ESTÜ-də keçirilən görüşlərdə iştirak edərək universitetin nüfuzunu artırıblar.

Eskişehir Texniki Universitetinin rektoru, professor Adnan Özcanın təşəbbüsü ilə ESTÜ-nün “Aktif” jurnalının son sayında (mart 2026) Azərbaycandan olan iki alimə həsr olunmuş məqalə dərc olunub.

Beynəlxalq təhsil layihələri çərçivəsində azərbaycanlı alim Çinin Çunçin Normal Universitetinin Riyaziyyat Elmləri Məktəbi tərəfindən "Fərqlənən professor" fəxri adına layiq görülüb.

Professor R. Kasımbəylinin nailiyyətlərini nəzərə alan Çinin Çunçin Pedaqoji Universitetinin rektorluğu 2025-ci ilin oktyabr ayında onun 65 illik yubileyi münasibətilə Pekində optimallaşma və variasiya təhlili üzrə birinci Beynəlxalq Konfrans keçirib.

Azərbaycandan olan iki alim bu gün də müxtəlif layihələr və proqramlar üzərində işlərini davam etdirir. “Tələbələrə açıq və cəsarətli davranmağı, tədqiqat və konfranslarda iştirak etməyi, təkcə öz sahələrində deyil, həm də digər fənlərdəki yeniliklərdən xəbərdar olmağı və özlərini yeni ideyalarla zənginləşdirməyi məsləhət görürəm. Biliyin son həddi yoxdur; üfüqləri genişləndirən hər addım həm şəxsi, həm də akademik aləmlərdə körpülər qurur”, - deyə alim bildirib.

Seçilən
2
1
hafta.az

2Mənbələr