AZ

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 88 nəfər saxlanılıb

Türkiyənin 24 vilayətində həyata keçirilən əməliyyatlar nəticəsində İraq-Şam İslam Dövləti (İŞİD) terror şəbəkəsi ilə əlaqədə şübhəli bilinən 88 nəfər saxlanılıb.

News365.az xəbər verir ki, bununla bağlı Türkiyə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Müəyyən edilib ki, şübhəlilər terror təşkilatı ilə əlaqəli şəxslər və qondarma yardım qurumları vasitəsilə şəbəkəyə maliyyə ötürüblər.

Qeyd olunub ki, saxlanılan şəxslər həmçinin sosial şəbəkə hesabları üzərindən terror təşkilatının təbliğatını aparıblar.

Seçilən
12
8
news365.az

9Mənbələr