AZ

"Real" Vinisiusla yeni müqavilə imzalayır

style='margin-bottom:10px;'>

"Real" futbolçusu Vinisius Junior ilə yeni müqavilə üzrə danışıqlarda fəal irəliləyiş əldə edib.

QOL.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.

Tərəflər 2031-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalamağa yaxındırlar. Madrid klubunun rəhbərliyi əsas oyunçularından birini saxlamaqda qərarlıdır və prezident Florentino Perez şəxsən danışıqların mümkün qədər tez başa çatmasını istəyir.

Mövsümün əvvəlində bəzi fikir ayrılıqlarına baxmayaraq, klub 25 yaşlı braziliyalı oyunçunun komandada qalacağına əmindir. Vinisiusun hazırkı müqaviləsi gələn yaya qədərdir, ona görə də "Real" hər hansı bir qeyri-müəyyənlikdən qaçmağa çalışır.

Vinisius bu mövsüm ardıcıl oyun nümayiş etdirib. O, bütün yarışlarda 43 matça çıxıb, 17 qol vurub və 9 məhsuldar ötürmə edib.

Seçilən
25
teleqraf.com

1Mənbələr