AZ

Göygöldə yük avtomobili ilə minik maşını toqquşub, xəsarət alan var

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib...

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan DAF markalı yük avtomobili digər avtomobillə toqquşub. Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Seçilən
15
5
poliqon.info

10Mənbələr