AZ

Harun Armağan: Türkiyə ABŞ və İran arasında mesajların ötürülməsində iştirak edir » AzadMedia.az


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) xarici işlər üzrə sədr müavini Harun Armağan Ankaranın, Vaşinqton və Tehran arasında vasitəçi kimi çıxış etdiyini bildirib.

Bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.

Onun sözlərinə görə, Türkiyə gərginliyin azaldılmasını və birbaşa danışıqları təşviq etmək üçün İran və ABŞ arasında mesajların ötürülməsində vasitəçi rolunu oynayır.

H.Armağan bu mesajların təfərrüatlarını açıqlamayıb, lakin qeyd edib ki, onlar həmçinin Yaxın Şərqdə genişlənən regional müharibəyə cəlb olunmuş Fars körfəzi ölkələrinə də ötürülür.
Seçilən
22
2
azadmedia.az

2Mənbələr