Britaniyalı bir qadın arıqlamaq üçün istifadə etdiyi dərmanı spirtli içki ilə qarışdırdıqdan sonra ağır vəziyyətə düşüb.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, yeni dərmana keçdikdən cəmi iki həftə sonra qəfil halı pisləşib.
Qadın huşunu itirib və nəfəsi dayanıb. Ailəsi təcili yardım gələnə qədər ona ürək-ağciyər reanimasiyası tətbiq etməli olub. Həkimlər bu vəziyyətin dərmanla alkoqolun birlikdə istifadəsindən qaynaqlandığını ehtimal ediblər.
Daha sonra o, başqa bir arıqlama dərmanına keçsə də, bu dəfə də ciddi yan təsirlərlə üzləşib. Şiddətli ağrılar səbəbilə sonda öd kisəsi əməliyyatla çıxarılıb.
Qadın bildirib ki, artıq bu cür dərmanlarla risk etməyi istəmir və başqalarını da ehtiyatlı olmağa çağırır. Mütəxəssislər də arıqlama dərmanlarının yalnız həkim nəzarəti ilə istifadə edilməsinin vacibliyini vurğulayır.
Tərcümə: Könül Oruc
E-saglam.az