AZ

Azərbaycanın parataekvondo millisi beynəlxalq turnirə qatılacaq

Azərbaycanın parataekvondo millisi Türkiyə Açıq Beynəlxalq Turnirində mübarizə aparacaq.

Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Milli Prarlimpiya Komitəsinin mətbuat xidməti yayıb. 

Martın 25-də Antalyada start götürəcək yarışda ölkəmizi K44 kateqoriyasında 6 idmançı təmsil edəcək.

Kişilərin mübarizəsində Sabir Zeynalov (58 kq), Amin Əliyev (63 kq), Amin Şıxalıyev (63 kq), İmaməddin Xəlilov (70 kq) və Orxan Cəfərov (80 kq), qadınlar arasında isə Səmayə Həsənova (47 kq) dayanq üzərinə çıxacaqlar.

Qeyd edək ki, Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandıran turnirdə komandaya baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərov rəhbərlik edəcək.

Seçilən
3
5
fanat.az

7Mənbələr