AZ

İrana aviazərbələr üçün yeni hədəflər təsdiqlənib - Katz

Bakı. Trend:

Bu günki iclasda İran və Livana hava zərbələri üçün yeni silsiləhədəflər təsdilənib.

Trend “Times ofIsrael”ə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə maziriİsrael Katz səhər saatlarında Baş Qərargah rəisi general-leytenantEyal Zamirlə keçirdiyi iclasın yekunlarına dair çıxındabildirib.

Katz həmçinin, müharibənin başlamasından bəri İsrail HavaQüvvələrinin İrana 15 mindən çox zərbə endirdiyini və bugöstəricinin 2025-ci ilin iyun ayındakı 12-günlük müharibədəkizərbə sayından 4 dəfərə çox olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

İrana hərbi hava hücumları nəticəsində İran Ordusunun BaşQərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İslam İnqilabıKeşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, AliLiderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiənaziri Əziz Nəsirzadə, kəşfiyyat naziri İsmayıl Xətib, Ali MilliTəhlükəsizlik Şurasının katibi Əli Laricani, Bəsic Təşkilatınınkomandiri Qulamreza Süleymani və başqaları hərbi hava hücumlarızamanı ölüblər.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Seçilən
13
3
az.trend.az

10Mənbələr