AZ

"Volkswagen" İsrail üçün hava hücumundan müdafiə sistemləri istehsal edəcək

Almaniya avtomobil nəhəngi "Volkswagen" zavodlarından birini İsrailin hava hücumundan müdafiə sistemlərinin istehsalına uyğunlaşdırmaq məqsədilə "Rafael Advanced Defence Systems" şirkəti ilə müzakirələr aparır.

News365.az xəbər verir ki, bu barədə "The Financial Times" (FT) məlumat yayıb.

Xəbərdə bildirilib ki, yaradılacaq yeni istehsal xətti İsrailin "Dəmir Günbəz" sistemi üçün tətbiq oluna bilər.

Məlumata əsasən, şirkət İsrail üçün iritonnajlı yük avtomobilləri, elektrik generatorları və buraxılış qurğularının istehsalını nəzərdə tutur, ancaq raketlərin birbaşa istehsalı zavodda həyata keçirilməyəcək. Bu təşəbbüs Almaniya hökuməti tərəfindən yaxından dəstəklənir və istehsal prosesinə qarşıdakı 12-18 ay ərzində start veriləcəyi gözlənilir.

Seçilən
31
1
news365.az

2Mənbələr