Dogru.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Azərbaycan Premyer Liqasının üçüncü dövrəsi Gəncə təmsilçisi “Kəpəz” üçün uğurlu keçir.
Doğru.az xəbər verir ki, mövsümün əvvəlində qeyri-sabit çıxışı ilə yadda qalan komanda artıq sistemli, inamlı və nəticə verən futbol göstərir. Üçüncü dövrədə keçirdikləri 4 oyundan məğlubiyyətlə dönməyən “sarı-göylər” 2 qələbə, 2 heç-heçə ilə 8 xal toplayıblar.
Toplanan xallar komandanın yüksəlişinin ən real göstəricisidir. Amma diqqətçəkən məqam yalnız xallar deyil. “Kəpəz” qələbələrini həm “Sumqayıt”, həm də Azərbaycan futbolunun flaqmanı, Premyer Liqanın son çempionu “Qarabağ” üzərində qazanıb.
Xüsusilə Ağdam klubuna qarşı zəfər mövsümün ən diqqətçəkən nəticələrindən biridir. Cari il “Qarabağ”ı iki dəfə üstələyən yeganə yerli komanda məhz “Kəpəz”dir. Bu, İngiltərənin “Nyukasl” klubu ilə bərabər nadir hallardandır.
Bundan əlavə, “Kəpəz” 2013–2014-cü ildən bəri yalnız dördüncü kollektivdir ki, Qurban Qurbanovun yetirmələrini iki dəfə məğlub edə bilib.
DOĞRU.AZ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.