AZ

Bakının girişində süni tıxac yaratdılar -FOTO

Bakının giriş istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Redaktor.az xəbər verir ki, modern.az -a verilən məlumata görə, sıxlığın səbəbi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən gündüz saatlarında aparılan təmir işləridir.

Belə ki, “Sədərək” Ticarət Mərkəzi istiqamətindən şəhər mərkəzinə doğru hərəkət edən avtomobillərin sıxlığı müşahidə olunur. Təmir işləri səbəbindən yolda hərəkət məhdudlaşıb və bu da uzun tıxaclara gətirib çıxarıb.

Sürücülər qeyd edirlər ki, günün pik saatlarında aparılan yol işləri nəqliyyatın hərəkətini daha da çətinləşdirir.

Hazırda ərazidə sıxlıq davam edir.

222
Seçilən
31
1
redaktor.az

2Mənbələr