İraq Müdafiə Nazirliyi Ənbar vilayətində (ölkənin qərbi) hərbi hospitala aviazərbə endirilməsi nəticəsində 7 hərbçinin öldüyünü bildirib.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə AP İraq MN-ə istinadən məlumat yayıb.
Bildirilib ki, zərbə nəticəsində həmçinin 13 hərbçi yaralanıb.
Nazirlik zərbə barədə əlavə təfərrüatlar təqdim etməyib.
Həmçinin aviazərbənin kim tərəfindən endirildiyi qeyd edilmir.
"Cebheinfo.az"