AZ

Müharibə Şakiranı da vurdu

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Latın amerikalı məşhur müğənni Şakiranın Qətərdə planlaşdırılan konserti təxirə salınıb.Demokrat.az bildirir ki, regional gərginlik səbəbindən sənətçinin “Las Mujeres Ya No Lloran” adlı dünya turnesi çərçivəsində Dohada keçirilməsi nəzərdə tutulan çıxış qeyri-müəyyən müddətə ertələnib.Konsertin Platinumlist tərəfindən təşkil olunduğu və tədbirin Stadium 974 stadionunda baş tutmalı olduğu qeyd edilir. Hazırda yeni tarixlə bağlı müzakirələr aparılır.Məlumata görə, Şakira məhz bu turnir çərçivəsində Dohada səhnəyə çıxmağı planlaşdırırdı. Konsertə biletlər 25 dollardan başlayan qiymətlərlə satışa çıxarılmış və qısa müddətdə böyük maraq görmüşdü. Buna baxmayaraq, təşkilatçılar bilet satışının davam etdiyini açıqlayıb.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
49
demokrat.az

1Mənbələr