AZ

Azərbaycanda maşınlarla bağlı yeni qanun bugündən qüvvəyə mindi

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycanda raritet avtomobillərlə bağlı yeni qayda qüvvəyə minib.Martın 25-dən etibarən nadir avtonəqliyyat vasitələrinin idxalı ƏDV, aksiz və gömrük rüsumundan azad edilib.Mövcud qaydalara əsasən, mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş, istehsal tarixindən 40 ildən çox keçmiş nəqliyyat vasitələri raritet hesab olunur.Yeni tənzimləməyə görə, bu avtomobillərin güzəştli idxalı müəyyən şərtlərlə mümkün olacaq. İdxal prosesi müvafiq dövlət orqanının təsdiqedici sənədi əsasında həyata keçirilməlidir. Bundan əlavə, bir şəxs təqvim ili ərzində yalnız 1 ədəd raritet avtomobil idxal edə bilər. Ölkə üzrə ümumi limit isə 10 ədəd müəyyənləşdirilib.Qərarın tətbiqi nadir avtomobillərin ölkəyə gətirilməsi zamanı xərclərin azalmasına səbəb olacaq. Bu isə kolleksiyaçılar və avtomobil həvəskarları üçün daha əlverişli şərait yaradır. (Trend)Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
demokrat.az

1Mənbələr