AZ

Soyuqdəyməni ən tez sağaldan sup növü açıqlandı

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qədim zamanlardan şəfa mənbəyi kimi tanınan toyuq bulyonu müasir elmdə də öz təsdiqini tapıb. Piroqov Universitetinin dosenti Olqa Sayno bildirir ki, bu sadə xörək təkcə dadlı qida deyil, həm də immun sistemini gücləndirən güclü vasitədir.Demokrat.az xəbər verir ki,  onun tərkibindəki amin turşuları və minerallar sayəsində bulyon orqanizmin bərpasına birbaşa kömək edir.Ekspertin sözlərinə görə, toyuq bulyonu soyuqdəymə zamanı iltihabı azaldan xüsusi maddələrlə zəngindir. Məsələn, tərkibindəki "karnozin" iltihab prosesini boğur, "sistein" amin turşusu isə bəlğəmin xaric olmasını asanlaşdırır. Bu isə boğaz və burun-boğaz boşluğundakı ağrıları yüngülləşdirir, öskürəyi yumşaldır. Şorbaya əlavə edilən müxtəlif ədviyyatlar isə qan dövranını sürətləndirərək immuniteti daha da stimullaşdırır."Bulyon təkcə xəstələr üçün deyil, idmanla məşğul olanlar üçün də əvəzsizdir. O, məşq zamanı itirilən elektrolit balansını bərpa edir və əzələlərin böyüməsinə şərait yaradır. Tərkibindəki kollaqen, kalsium, maqnezium və fosfor sümüklərin və oynaqların sağlamlığı üçün vacibdir. Həkim həmçinin balıq bulyonunu da unutmamalı olduğumuzu vurğulayır. Omeqa-3 və D vitamini ilə zəngin olan balıq şorbası ürək və qalxanvari vəzinin qorunmasında mühüm rol oynayır".İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
demokrat.az

1Mənbələr