Aparıcı Aytən Səfərova votsap və digər sosial şəbəkələrdə göndərilən linklərlə bağlı çağırış edib.
Bizim.Media xəbər verir ki, Aytən instaqramda paylaşdığı videoda izləyicilərini ayıq-sayıq olmağa çağırıb.
O deyib ki, son günlər süpermarketlər şəbəkələrindən birinin adından linklər yayılır və insanlara “İphone 17” kimi hədiyyələr vəd olunur.
A. Səfərova həmin linklərin dələduzların növbəti oyunu olduğunu bildirib və “Bu linklərə daxil olmayın, aldanmayın. Ayıq-sayıq olun”, - deyə vurğulayıb.
Sara, Bizim.Media