AZ

Türkiyədə fəhlələri daşıyan mikroavtobus aşıb: Ölən və xəsarət alanlar var

Türkiyənin Yalova bölgəsində fəhlələri daşıyan mikroavtobusun aşması nəticəsində bir nəfər ölüb, 20 nəfər xəsarət alıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə məlumatı "Haber Global" yayıb.

Bildirilib ki, hadisə Bursa-Yalova avtomobil yolunun Paşakənd məntəqəsində baş verib.

Hadisə yerinə çoxsaylı tibb, jandarma, polis, fövqəladə hallar və yanğınsöndürmə heyəti göndərilib.

Yalova valisi Əhməd Həmdi Usta hadisə yerinə gəlib, araşdırma aparılır.

"Cebheinfo.az"

Seçilən
22
4
cebheinfo.az

5Mənbələr