AZ

Tramp: “Biz İrana qalib gəldik” – VİDEO

“Biz İranla müharibədə artıq qalib gəlmişik”.

Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.
 

Onun sözlərinə görə, ABŞ artıq bu qarşıdurmada qələbə əldə edib və müharibənin davam etdirilməsində maraqlı olan yeganə tərəf “saxta xəbərlər” yayan media qurumlarıdır. Tramp xüsusilə “The New York Times” nəşrini tənqid edərək bildirib ki, qəzetdə gedən materiallar ABŞ-ın guya müharibədə qalib gəlmədiyi təəssüratı yaradır.


ABŞ lideri həmçinin ABC News və NBC News kimi televiziya kanallarını da “saxta xəbərlər” yaymaqda ittiham edib.

Tramp qeyd edib ki, İranın hərbi imkanları məhduddur və ABŞ aviasiyası ölkə üzərində tam üstünlüyə malikdir:

“ABŞ təyyarələri Tehranın və digər ərazilərin üzərində sərbəst uçuşlar həyata keçirir və İran buna qarşılıq verə bilmir. İstənilən strateji obyektə zərbə endirmək imkanlarımız mövcuddur, lakin media bunu reallıqdan fərqli şəkildə təqdim edərək vəziyyəti “bərabər qarşıdurma” kimi göstərməyə çalışır”.

Qeyd edək ki, ABŞ lideri daha əvvəl İranla danışıqlar aparıldığını və böyük irəliləyiş əldə olunduğunu bildirib.


Bizim.Media

Seçilən
7
50
bizim.media

10Mənbələr